azia.az
azia.az

Gürcüstanda azərbaycanlı əsgər bıçaqlandı

26-11-2019, 22:22

Gürcüstanda azərbaycanlı əsgər bıçaqlandı
Gürcüstanın Qori şəhərində 18 yaşlı gənc bıçaqlanıb. Hadisə ötən gecə şəhər restoranlarının birində baş verib. Qarın nahiyəsindən bıçaqlanan gənc hazırda hərbi xidmətdədir. Hadisə vaxtı o, məzuniyyətdə olub. Yerli mətbuatın yazdığına görə, bıçaqlanan əsgər Marneuli rayonundan olan etnik azərbaycanlıdır. Həkimlər onun durumunu ağır kimi qiymətləndirirlər. O, təcili əməliyyat olunub. Gənci bıçaqlayan şəxs “isti izlər”lə saxlanılıb.Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi