azia.az
azia.az

Ərdoğan ABŞ-dan tələb etdi

25-10-2019, 10:31


Terror qruplaşmalarının rəhbərliyində olanlar ABŞ, Fransa və Almaniya ilə danışıqlar aparır.

Azia.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə açıqlamasında deyib.

“Məzlum (SDQ rəhbəri) deyilən şəxs qırmızı bülletenlə axtarışda olan biridir. ABŞ bu adamı bizə təslim etməlidir. Ədliyyə Nazirliyinə bildirdim. Onlar da bu şəxsi istəyəcəklər”, - deyə türk lider əlavə edib.

Qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp Suriya Demokratik Qüvvələri (SDQ) rəhbəri Məzlumla danışıq apardığını açıqlamışdı.

Bundan əlavə, terrorçubaşı Moskvada Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telekonfrans keçirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi