azia.az
azia.az

Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn mərasiminə 80 ölkənin lideri gələcək

30-09-2019, 12:12


Fransanın paytaxtı Paris şəhərində ölkənin keçmiş prezidenti Jak Şirakla keçiriləcək vida mərasimində dünyanın 80 lideri iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə “France Presse” agentliyinə Yelisey sarayından bildiriblər.
Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn mərasiminə 80 ölkənin lideri gələcək
Qeyd olunub ki, Parisdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, İtaliya Respublikasının Prezidenti Sergio Mattarella, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Belçikanın Baş Naziri Şarl Mişel, Livanın Baş Naziri Saad Hariri, Macarıstanın Baş Naziri Viktor Orban, Gürcüstanın Prezidenti xanım Salome Zurabişvili, Konqo Xalq Respublikasının prezidenti Deni Sassu-Nqesso, Monakonun Knyazı II Albert olacaq.

Bundan başqa vida mərasimində İordaniya Kralı II Abdullah, Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Əl Tani də iştirak edəcək.

Şirakın yaxınları və qohumlarının iştirakı ilə keçiriləcək anım mərasiminə Fransa prezidenti Emmanuel Makron rəhbərlik edəcək.

Vida mərasiminə eyni zamanda Şirak dövrünün siyasətçiləri də gələcək. Onların arasında Almaniya Federativ Respublikasının keçmiş kansleri Gerhard Şröder, İspaniyanın keçmiş baş naziri Jose Luis Rodriguez Zapatero, ABŞ-ın keçmiş prezidenti Bill Klinton və Əfqanıstanın keçmiş dövlət başçısı Həmid Kərzai də var.

Fransanın keçmiş prezidentləri Nikola Sarkozi və Fransua Olland Jak Şirakla vidalaşacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi