azia.az
azia.az

Həsən Ruhani Donald Trampla görüşdən imtina edib

28-08-2019, 10:39

Həsən Ruhani Donald Trampla görüşdən imtina edibHəsən Ruhani Donald Trampla görüşdən imtina edib
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampla görüşməkdən imtina edib. APA-nın “BBC”yə istinadla verdiyi xəbərə görə, Ruhani deyib ki, ancaq məlum sanksiyalar ləğv ediləcəyi təqdirdə Trampla görüşə bilər. "Bunsuz bu qıfıl açılmayacaq", - o bildirib. Məlumat üçün bildirək ki, İran prezidenti bu sözləri xarici işlər naziri Məhəmməd Zərifin bazar ertəsi Fransada G7 sammitinə elan edilməmiş gəlişi və çıxışından sonra deyib. Qeyd edək ki, Tramp isə bir neçə gün öncə demişdi ki, o, doğru şərtlər altında cənab Ruhani ilə görüşməyə hazırdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi