azia.az
azia.az

Ukraynada 40-dan çox azərbaycanlı saxlanıldı – VİDEO

31-07-2019, 16:51

Ukraynada 40-dan çox azərbaycanlı saxlanıldı – VİDEO
Ukraynanın paytaxtı Kiyev şəhərində qeyri-leqal fəaliyyət göstərən miqrantlara qarşı reyd keçirilib. BAKU.WS-in Ukrayna bürosu xəbər verir ki, 28 iyul tarixində baş tutan əməliyyatda miqrasiya qanunlarını pozan altmışdan artıq miqrant aşkarlanıb. Saxlanılanlar “Troyenşina” bazarı ərazisində çalışan şəxslər olub. Məlumata görə, Azərbaycan vətəndaşlarının vətənə geri qaytarılması barədə qərar qəbul olunub. Saxlanılan şəxslərinin bəzilərinin şəxsiyyəti müəyyənləşdirilmədiyi üçün onlar miqrantların müvəqqəti saxlanma mərkəzinə yerləşdiriliblər. Tutulanlar barəsində protokollar tərtib olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi