azia.az
azia.az

Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Fotolar

28-07-2019, 17:11


Vladimir Putin 1952-ci ildə Rusiyanın Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub. Anası fabrik işçisi, atası sualtı gəmidə zabit idi.
Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Fotolar
Teleqraf.com xəbər verir ki, o, 1975-ci ildə Leninqrad Universitetini bitirdikdən sonra SSRİ Dövlət Təhlükəsizlik Komitəsində (KQB) işləməyə başlayır, bu məqsədlə Almaniyaya göndərilir.

Leninqrada qayıtdıqdan sonra bir müddət universitetdə çalışır. Eyni zamanda, Leninqrad Dövlət Universiteti rektorunun xarici məsələlər üzrə köməkçisi vəzifəsini icra edir. 1990-cı ildə KQB-dən ayrıldıqdan sonra Leninqrad qubernatoru Sobçakın yanında işləməyə başlayır. 1994-cü ildə onun köməkçisi vəzifəsini tutur.
Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Fotolar
Vladimir Putin 1999-2000-ci illərdə baş nazir, 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir, 2012-ci ildən indiyədək isə yenidən prezident postunu tutub.

Keçmiş həyat yoldaşı Lüdmila Putina

1983-cü ildə Lüdmila ilə evlənən Putin 2014-cü ildə ondan boşanıb. Bu evlilikdən iki qızları var: Yekaterina Putina və Mariya Putina.

Amma Putinin evliliyi hər nə qədər göz önündə olsa da, bu günədək ailə həyatını mediadan gizlətməyi bacarıb. Qızları haqda olduqca az məlumat var, yayılan xəbərlər də əksər vaxt dezinformasiya xarakterli olur. Məsələn, onların Hollandiyada yaşaması kimi…

Qızları haqda danışdığı yeganə şey onlarla fəxr etdiyi və adi bir həyat yaşaması ilə bağlıdır:

“Qızlarım siyasət və ticarətlə məşğul olmur. İki qızım da Rusiyada yaşayır, xarici ölkədə təhsil almayıblar. Adi insanlar kimi öz həyatlarını yaşayırlar və bunu qürurla edirlər. Üç xarici dil bilirlər, qızlarımla fəxr edirəm”.

Böyük qız Mariya
Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Fotolar
Mariya 1985-ci ildə Sankt-Peterburqda doğulub. Hollandiyada yaşadığı bildirilir, holland iş adamı Jorrit Faassenlə evlidir. Faassen Haaqa Universitetindəki təhsilini bitirdikdən sonra Rusiyanın “Qazprom” şirkətində işləməyə başlayıb.

Hansı bir həyatı yaşadığı bilinməsə də, milyarder olduğu dəqiqdir.

İkinci qız Yekaterina

1986-cı ildə Almaniyada doğulub. O da bacısı kimi Sankt-Peterburq Dövlət Universitetinin məzunudur. Lakin bir iddiaya görə, Moskva Dövlət Universitetini bitirib və Tixonova soyadını daşıyır. Yəni, atasının soyadı yerinə anası Lüdmilanın qızlıq soyadını götürüb.

Hazırda Moskva Dövlət Universitetində dövlət proqramlarının icrasını həyata keçirdiyi bildirilir.
Keçmiş KQB agentinin dünyadan gizlətdiyi qızları - Sirli Putin ailəsi/Fotolar
Yekaterina eyni zamanda, akrobatik rəqs mütəxəssisidir. 2013-cü ildə 35 yaşlı Kirill Şamalovla evlənib. Kirill Şamalov isə “Ozero” korporativinin sahibi Nikolay Şamalovun oğludur. Kirill həmçinin “Sibul Holding”-in sahiblərindən biridir.

Putin qızları haqda hər nə qədər “ticarətlə məşğul olmurlar, sadə həyatları var” desə də, hər ikisinin ultra zəngin bir həyatının olduğuna dair iddialar var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi