azia.az
azia.az

Tezliklə Rusiyanın S-500 raketləri döyüş meydanında yanınızda olacaq - "NATO, hazır ol!"

16-07-2019, 17:12

Tezliklə Rusiyanın S-500 raketləri döyüş meydanında yanınızda olacaq - "NATO, hazır ol!"
Rusiyanın yeni zenit-raket kompleksi nəyə qadirdir?

ABŞ-ın "Neyşnl interest" (The National Interest) jurnalının müəllifi, Amerika Universitetinin milli maraqlar Mərkəzinin kiçik elmi işçisi və aspirantı Mark Episkopos Rusiyanın müdafiə sənayesi nümayəndələrinin yeni S-500 raket kompleksi haqqında yaydığı informasiyaları toplayaraq Rusiya ZRK-nın nəyə qadir olduğunu anlamağa çalışıb.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, xüsusilə jurnalisti Rusiyanın S-500 zenit-raket komplekslərinin istehsalına başlanması ilə bağlı bəyanatlar təəccübləndirib.

Anonim mənbələr bir neçə ay susmalardan sonra Rusiyanın müdafiə sənayesinin yüksək vəzifəli nümayəndələrinə istinadən bildiriblər ki, nəhayət, Rusiyanın S-500 zenit- raket komplekslərinin istehsalına başlanılır.

"Rostex" Korporasiyasının baş direktoru Sergey Çemezov Rusiya telekanalına müsahibəsində səsləndirdiyi bəyanatla bağlı spekulyasiyaların yeni raundunu işə salıb. O bildirib ki, ZRK S-500 çox tezliklə silahlanmaya qəbul ediləcək.

"Yeni müasir silahlar yaradılır. Əgər S-400-ü bu gün satmaq imkanımız varsa, bizdə artıq S-500 hazırlanır. Bu, daha müasir kompleksdir. Mən indi onun haqqında danışmaq istəməzdim, o, hələ silahlanmaya daxil edilməyib. Düşünürəm ki, o, yaxın vaxtlarda peyda olacaq".

Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Çemezovdan daha irəli gedərək S-500 komplekslərinin hazır olduğunu bildirdi: "S-500 zenit-raket sisteminin inkişafında "Prometey" son mərhələyə çıxdı. Onun elementlərinin nəzarət sınaqları başa çatdırılıb, sistemin kompleks şəkildə işlənməsi davam edir. Hazırlıq zamanı əsas xarakteristikalar təsdiqlənib və ZRS seriyalı istehsala hazırdır. Ümumilikdə, bütün işlər plan üzrə gedir və ilk ZRS S-500 "Prometey" silahlanma proqramı ilə müəyyən edilmiş müddətdə, təxminən 2017-ci ildə Rusiya ordusunu silahlandıracaq", — deyə Çemezov Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bildirib.

Bu cədvəlin dəqiq nə olduğu aydın deyil və bəzi ekspertlər əvvəllər hesab edirdilər ki, S-500 seriyalı ZRK istehsalı çətin ki, 2027-ci ilədək başlansın. Lakin son bir neçə həftə ərzində Kremldən edilən çoxsaylı bəyanatlar belə düşünməyə əsas verir ki, S-500-ün ilk zenit-raket kompleksləri gözləniləndən əvvəl silahlanmaya qəbul edilə bilər.

Bununla bağlı Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib: "Uğurlu ilkin sınaqlar Rusiyanın Müdafiə Nazirliyinə bu zenit-raket sisteminin seriyalı tədarüklərin başlanma müddətinin azaldılması barədə qərar qəbul etməyə imkan verib. Nəticədə, S-500 kompleksləri yaxın illərdə zenit raket alaylarına daxil olmağa başlayacaq".

Bu, artıq gələn il baş verə bilər, çünki əvvəllər Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun ilk S-500 kompleksini 2020-ci ildə alacağını bildirib.

ZRK-nın tərkibində olan avadanlıqlarla bağlı məlumatlar hələ rəsmi elan olunmayıb, lakin Rusiyanın kütləvi informasiya vasitələrinə sızan çoxsaylı məlumatlar, eləcə də istehsalçıların ciddi vədləri göstərir ki, yeni komplekslər öz sinfində ən yaxşı komplekslər olacaq — onların fəaliyyət radiusu 600 kilometr təşkil edəcək və eyni zamanda saniyədə 10 kilometr (4 mil) sürətlə uçan 10 ballistik hədəfi müşayiət edə biləcək.

Amma nəyə görə Kreml uzun illər davam edən təxirəsalmalardan sonra indi S-500 zenit-raket komplekslərinin tezliklə buraxılmasında maraqlıdır?

Bir neçə amil bu qərara təsir etdi.

Birincisi, söhbət ixracat cədvəlindən gedir. Çemezovun şərhi əvvəllər Rusiya müdafiə sənayesinin S-500 komplekslərinə dair vacib bəyanatdan imtina etməsi ilə bağlı spekulyasiyanı canlandırdı, S-400-ün Hindistan, Çin və Türkiyəyə tədarükü üçün kritik müqavilələrin bitməsini gözlədi. Bundan başqa, Kremldə yeni yaranmış S-500 komplekslərinin istehsalına başlamaq istəyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Rusiya ilə birlikdə S-500 ZRK istehsal edəcəyi ilə bağlı şoka saldığı elanla üst-üstə düşür.

İkincisi, indi aydındır ki, S-500 S-400 və S-300 ilə bağlı idi: yəni Rusiya hərbçiləri yaxın zamanlarda bütün S-400 komplekslərini S-500 ilə əvəz etmək niyyətində deyil. S-500 yaxın məkanda ən təhlükəli İnterkontinental ballistik raketlərin etibarlı ələ keçirilməsi üçün nəzərdə tutulub.

S-500 kompleksləri həyati əhəmiyyətli, lakin bununla yanaşı, nişanlı strateji vəzifəni yerinə yetirmək üçün yaradılıb və buna görə də onlar kütləvi şəkildə istehsal olunmayacaq. Bununla yanaşı, yaxın gələcəkdə S-400 kompleksləri Rusiyanın raketdənmüdafiə arsenalının ənənəvi əsasını təşkil edəcək.

Babək Göyüş


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi