azia.az
azia.az

İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirdi, körfəzdə gərginlik yenidən artdı

16-07-2019, 14:38

İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirdi, körfəzdə gərginlik yenidən artdı

Azia.az təqdim edir. Birləşmiş Ərəb Əmirliklərinə məxsus tanker, güman edildiyinə görə, İran hərbçiləri tərəfindən ələ keçirilib. Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, məlumatı ABŞ kəşfiyyatındakı mənbə yayıb. CNN-in müxbiri Barbara Starrın xəbərinə görə, gəmi Panamanın bayrağı altında üzüb və SEPAH-ın hərbi katerləri ekipajı gəmini İranın ərazi sularına istiqamət almağa məcbur edib.

Müxbir əlavə edib ki, hadisə ötən həftənin sonunda baş versə də, Əbu-Dabi hələlik buna reaksiya verməyib. Bundan başqa, Amerika kəşfiyyatının bildirdiyinə əsasən, gəminin ekipajı ilə əlaqə saxlamaq mümkün olmayıb.
İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirdi, körfəzdə gərginlik yenidən artdı
Fars körfəzindəki bəzi mənbələr qeyd edir ki, gəmi, sadəcə olaraq, sıradan çıxıb və İran tərəfindən təmir olunmaq üçün sahilə çatdırılıb. Lakin ABŞ tərəfi iddia edir ki, ekipajla əlaqə qurmaq mümkün deyil. Sosial şəbəkələrdə dərc olunmuş xəritələrə görə, sonuncu dəfə gəmi heyəti əlaqəyə Hörmüz körfəzindəki adalardan birinin yaxınlığında olarkən çıxıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi