azia.az
azia.az

Türk ordusu "Pəncə" əməliyyatı çərçivəsində 67 terrorçunu məhv edib

15-07-2019, 08:54

Türk ordusu "Pəncə" əməliyyatı çərçivəsində 67 terrorçunu məhv edibürkiyə hərbçilərinin İraqın şimalında keçirdiyi "Pəncə" əməliyyatı ilə aşkarladığı mağaralardan birində 3 PKK terrorçusunun cəsədi tapılıb. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd edilib.Bununla da əməliyyatın başlanğıcından məhv edilən terrorçuların sayı 67-ə çatıb. "Pəncə-1" əməliyyatı mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə başlayıb.Qeyd edilir ki, iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında yeni "Pəncə-2" antiterror əməliyyatı başlayıb. Terrorçular əleyhinə mübarizəyə artilleriya, helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi