azia.az
azia.az

Azərbaycanlı milyarderlərin bazarında quldur hücumları törədən “Alfa” zabitləri Qafqaz dağlarına qaçdı

12-07-2019, 07:52

Azərbaycanlı milyarderlərin bazarında quldur hücumları törədən “Alfa” zabitləri Qafqaz dağlarına qaçdı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin 8 zabiti barələrində cinayət işinin qaldırıldığını eşidərək ezamiyyətdə olduqları Şimali Qafqazdan geri qayıtmayıblar. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskvada həmkarlarının quldur basqınları işi üzrə həbs olunduğunu eşidən zabitlər Şimali Qafqazda gizləniblər.Həmin zabitlərin adı Moskvada azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Sadovod” bazarında Çin vətəndaşlarına quldur hücumlarında keçir. İş üzrə cəmi 15 “Alfa” döyüşçüsü barəsində ittiham irəli sürülüb. Onlardan 5-i Moskvada həbs olunub, ikisi ev dustaqlığına göndərilib. Qalanları isə axtarışa verilib. Axtarışa verilənlər həmin vaxt antiterror əməliyyatları ilə bağlı Şimali Qafqaza ezam edilmişdilər.Azərbaycanlı milyarderlərin bazarında quldur hücumları törədən “Alfa” zabitləri Qafqaz dağlarına qaçdı
Cinayət işinin materiallarına əsasən Çin vətəndaşları “Sadovod” bazarında satdıqları malların pulunu nəğdləşdirərkən FTX xüsusi təyinatlılarının hücumuna məruz qalıblar. Son iki ildə “Alfa” döyüşçüləri “Sadovod”da azı iki belə hücum həyata keçirib, 140 milyon rubl götürüblər. Onlar pulları daşıyan maşınların qarşısını nömrə nişanları olmayan avtomobillərlə kəsiblər, avtomobillərdən düşüblər və “FTX işləyir” qışqıraraq pulları götürüblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi