azia.az
azia.az

Donald Tramp İrana hava zərbələri endirmək qərarını son anda ləğv edib-Təcili

21-06-2019, 16:23

Donald Tramp  İrana hava zərbələri endirmək qərarını son anda ləğv edib-Təcili
Donald Tramp İrana hava zərbələri endirmək qərarını son anda ləğv edib

İran bu gün iyunun 21-nə keçən gecə ABŞ prezidenti Donald Trampdan mesaj alıb. Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, mesaj Oman vasitəsilə İrana çatdırılıb. Həmin mesajda ABŞ-ın İrana qarşı planlaşdırılan hücum əməliyyatı barədə xəbərdarlıq yer alır.

ABŞ prezidenti habelə İrandan tələb edir ki, Vaşinqtonla danışıqlara başlasın. “Tramp mesajında bildirib ki, o İranla hər hansı müharibəyə qarşıdır və müxtəlif məsələlərlə bağlı danışmaq istəyir”-mənbə deyib.
Donald Tramp  İrana hava zərbələri endirmək qərarını son anda ləğv edib-Təcili
Qeyd olunur ki, Tehrana cavab üçün vaxt verilib. İran isə müharibə hədəsi ilə bağlı bildirib ki, ABŞ-ın hərbi əməliyyatları “regional və beynəlxalq nəticələrə səbəb olacaq risklər” daşıyır.

ABŞ Hörmüz körfəzi üzərində pilotsuz təyyarəsinin vurulmasına cavab olaraq bu gün səhər saatlarında İrana hava zərbələri endirmək qərarı verib. Lakin son anda prezident Donald Tramp qərarı ləğv edib.
Donald Tramp  İrana hava zərbələri endirmək qərarını son anda ləğv edib-Təcili
Virtualaz.org xəbər verir ki, bu barədə “The New York Times” və “Assosiated press” agentliyi hərbi qaynaqlara istinadən bildirir.

Məlumata görə Pentaqon pilotsuz təyyarənin vurulmasına cavab olaraq İranın hava hücumundan müdafiə batareyalarına və radarlarına raket zərbələri endirməyi nəzərdə tuturdu. Mənbə hərbi əməliyyatların məhdud xarakter daşımalı olduğunu qeyd edib. Hava zərbələrin bu gün səhərə yaxın, İranın hərbi və mülki heyətinin ən az itkiyə məruz qala biləcəyi saatlarda həyata keçirilməsi qərarlaşdırılıb.

Əməliyyata hazırlıq başlayıb, təyyarələr bazalardan havaya qalxıb, ABŞ donanmasının gəmiləri döyüş mövqeyi tutub. Lakin president Tramp əməliyyat barədə qərarı ləğv edib. Bu qərarın səbəbi məlum deyil.

Ağ evdəki mənbə deyib ki, Tramp İranın hərbi obyektlərinin vurulması əmrini dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik müşaviri Con Boltonla məsləhətləşmədən ləğv edib.

Xatırladaq ki, İranın hava hücumundan müdafiə qüvvələri ABŞ-ın “RQ-4 Global Hawk “ tipli pilotsuz kəşfiyyat təyyarəsini vurub. İran tərəfi iddia edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. Lakin Amerika tərəfi təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi