azia.az
azia.az

Ebola qızdırması daha bir ölkənin ərazisinə keçdi

14-06-2019, 07:16


Uqandada uzun müddət ərzində ilk dəfə və dərhal da ölümlə nəticələnən Ebola qızdırmasına yoluxma qeydə alınıb. Belə diaqnoz qoyulmuş beş yaşlı uşaq sonradan xəstəxanada dünyasını dəyişib. Uşağın ailəsi Uqandaya qonşu Konqo Demokratik Respublikasından gəlib və dərhal tibbi yardım üçün müraciət edib. Sonradan bu xəstəliyə yoluxma ilə bağlı daha iki hadisə aşkar edilib.
Ebola qızdırması daha bir ölkənin ərazisinə keçdi
“Euronews” xəbər verir ki, Uqandanın səhiyyə naziri tərəfindən verilən rəsmi bəyanatı Dünya Səhiyyə Təşkilatı təsdiqləyib.

Konqodan olan uşaqda Ebola simptomları Kaqando xəstəxanasında müəyyən edilib, o, dərhal Bvera xəstəxanasına köçürülərək, digərlərindən təcrid olunub. Ebolaya qarşı müalicə kursu təxirə salınmadan təyin edilib. Uşağın bütün ailə üzvləri də təcrid edilib və həmin xəstəxanaya yerləşdirilib.

Ölümcül xəstəliyin baş qaldırması Konqo Demokratik Respublikasının şərqində ötən ilin avqustundan müşahidə edilib. Hakimiyyət orqanları indiyədək bu xəstəliyə 2 mindən çox yoluxma halını qeydə alıblar. Bunların üçdə ikisindən çoxu ölümlə nəticələnib. Ayrılan lazımi tibbi yardımın səviyyəsinin Afrika üçün yüksək olmasına baxmayaq, Uqanda artıq bir neçə ildir ki, Ebola və Marburq hemorragik qızdırmalarının yayılmasından əziyyət çəkir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi