azia.az
azia.az

ABŞ bombardmançıları F-35 qırıcılarının müşaiyəti ilə Avropa səmasında

10-06-2019, 17:13

ABŞ bombardmançıları F-35 qırıcılarının müşaiyəti ilə Avropa səmasında
Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin B-52 “Stratofortress” strateji bombardmançılarının F-35 qırıcılarının müşaiyəti ilə Avropa səmasında uçuşuna dair videokadrları yayıb. Azia.az xəbər verir ki, bombardmançılar və qırıcılar “Astral Knight” birgə hərbi təlimlərində iştirak etmək üçün ABŞ-ın Avropadakı bazalarına göndəriliblər.
“Astral Knight-2019” birgə hərbi hava təlimləri əsasən İtaliyadakı Aviano hərbi bazasında keçirilir. Bundan başqa təlimlərin bir hissəsi Xorvatiya, Almaniya və Sloveniyada baş tutacaq. Təlimlərə havadan və raketdən müdafiə, mühüm ərazilərin hava hücumlarından qorunması və raket həmlələrinin dəf edilməsi ssenariləri daxildir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi