azia.az
azia.az

Bu ölkədə qadınlar evlənə bilmək üçün kişilərə başlıq pulu verirlər

7-06-2019, 09:07

Azia.az təqdim edir: Evlilik ənənəsi dünya üzərində ölkə və ya coğrafiya fərqi olmadan son dərəcədə vacib əhəmiyyət daşıyır. Bəzi ölkələr evlilik qurumuna və bunun təşviqinə çox isti baxmasa da, bəzi ölkələr evliliyə vətəndaşları təşviq edir. Bəzi ölkələrdə isə kişi-qadın sayı arasındakı uçurum evlilik məsələsində kişilər qədər qadınları da təşviqə yönləndirir.
Bu ölkədə qadınlar evlənə bilmək üçün kişilərə başlıq pulu verirlər
Musavat.com dünya mediasına istinadən evliliyə təşviq edən ölkələrlə bağlı yazı hazırlayıb. Faktları nəzərinizə çatdırırıq:

ERMƏNİSTAN

Keçmişdə yaşanan müharibələrə görə ölkədə kişilərin sayı azdır. Bu baxımdan da dövlət subay qadınların boş qalmaması üçün müxtəlif addımlar atmaqdadır. Bir kişinin birdən artıq qadınla evlənməsinin təbii olduğu Ermənistanda eyni zamanda bir çox iş yükü də qadınların üzərindədir.

Kişilərin sayı azalmaqda davam edərsə, Ermənistanda bir çox problemin ortaya çıxacağı da qaçılmazdır.

AVSTRALİYA

Böyük şəhərlərdə beş qadına bir kişinin düşdüyü Avstraliyada qadınlar əcnəbi kişilərin ölkələrinə gəlmələrini istəyirlər. Bəzən kənd yerlərinə gedib evlənən qadınlar bir çox hallarda da özlərinə uyğun, evlənəcək kişi tapmaqda çətinlik çəkməkdədilər.

Avstraliyaya tarixin ən az kişi vətəndaşı olan ölkəsi də demək mümkündür. Bu baxımdan xaricdən Avstraliyaya gəlmək istəyən kişilərə tətillər hədiyyə edilməkdədir.

İTALİYA

Bu ölkədə doğum faizinin azlığı qədər evlilik faizi də olduqca aşağıdır. Dövlət idarəçiliyinin müxtəlif layihələrinə baxmayaraq, kişilər bu ölkədə qalıcı evliliyə qarşıdılar. Ümumi olaraq normal qarşılanan bu vəziyyət bəzi bölgələrdə etiraza səbəb olur və evlənə biləcək kişilərə müxtəlif pul dəstəkləri təqdim edilir.

RUSİYA

Qadın sayının ən çox olduğu ölkələrin başında dayanan Rusiyada kişilərin içkiyə meylliliyi də cinsi münasibətlərə mənfi təsir edir. Buna görə də kişi tapmayan bir çox rus qadın kişi tapa bilmək üçün fərqli ölkələrdə çalışmaqdadılar.

Boşanma faizlərinin getdikcə artdığı Rusiyada dövlət bu məsələdə müxtəlif cür dəstəklər verməkdədir.

TAYLAND

Taylandda isə vəziyyət çox daha fərqli şəkildədir. Burada qeyri-ənənəvi cinsi orientasiyalı kişilərin say çoxluğuna görə bir çox qadınlar evlənməkdə ciddi əziyyət çəkirlər. İstədiyi kimi kişi tapa bilməyən bəzi taylandlı qadınlar çarəni fərqli ölkələrdəki kişilərdə axtarmaqdadılar.

MONQOLUSTAN

Qadınların sayının çox olduğu Monqolustanda arıq qadınlar xalq tərəfindən bəyənilməməkdə və evlənməkdə əziyyət çəkməkdədir. Dövlət bu səbəbdən evlənməkdə çətinlik çəkən arıq qadınlarla evlənəcək kişilərə dəstək verməkdədir. Hətta bəzi bölgələrdə kişilərə başlıq pulu da verməkdədir.

SİNQAPUR

Dünyanın ən varlı ölkələri arasında yer alan Sinqapurda evlilik dəstəkləri də olduqca çoxdur. Qadınların subaylıq faizindən narahat olan dövlət bu səbəbdən də müxtəlif təşviqlər verməkdədir. Eyni zamanda gələcəkdə olacaq demoqrafik problemdən qurtulmaq üçün evli cütlüklərə üç uşaq sahibi olmaq üçün müxtəlif dəstəklər təqdim edilməkdə və qadınlara doğum pulları verilməkdədir.

İSLANDİYA

Gözəllikləri ilə məşhur olan qadınların ölkəsi olan İslandiyada da kişilərin sayı az olduğu üçün qadınlar evlənə bilmirlər. İslandiyada var olan bu problemin həllini ölkədə yaşayan qaçqınlarda tapan hökumət island qadınlarla evlənəcək kişilərə 5 min dollar verəcəyini elan etmişdi.

Bu xəbərin yayılması ilə paralel ölkəyə bir çox qaçqın kişi gəlmək istəyib və hökumət bu xəbəri təkzib etmək zorunda qalıb. Bundan başqa, bu ölkədə doğulan uşaqların böyük əksəriyyətinin ata və anaları da evlənməyib.

YAPONİYA

Yaponiyada isə kişilərin nikahı axmaqlıq kimi görməsinə görə evlilik faizi olduqca aşağıdır. Kişilərin bu düşüncəsinə görə də qadınlar subay qalır və müxtəlif saytlardan özlərinə kirayə kişilər tapırlar.

Eyni zamanda işçi faizinin yüksək olduğu bu ölkədə evliliklərin az olması bir çox problemləri də paralel gətirir. Bu sıxıntılı vəziyyətlərdən bir dənəsi olan doğum faizlərinin azlığına görə Yaponiya hökuməti evli cütlüklər üçün müxtəlif vergi güzəştləri tətbiq etməkdədir.

Birləşmiş Ərəb Əmirlikləri

Bu ölkənin evlilik faizinin aşağı olmasına çox təəccüblənə bilərsiniz. Amma şəriətin var olan qaydalarına görə bir çox qadın öz namizədini gözləməkdə və bu vəziyyət də evlilik faizlərini düşməsinə səbəb olmaqdadır.

Dövlət evlənməyən və yaşları irəliləyən qadın sayının artmasına görə kişilərə 20 min dollara yaxın bir dəstək verməkdədir. Birdən çox qadınla evlənə bilən kişilər mövcud olan bu dəstəklə məsrəfsiz bir şəkildə evlənə bilməkdədilər.

LATVİYA

Rusiya və Ukraynanın qonşusu olan Latviyanın əhalisi 1,96 milyon nəfərdir. Burada qadınların sayı isə ümumi əhalinin 54.10 faizini təşkil edir. Katviyada qadınların sayının çox olmasına səbəb isə onların Sovetlər dağılandan sonra kapitalizmə kişilərlə müqayisədə daha yaxşı uyğunlaşmasıdır.

Amma Latviya ilə bağlı ən maraqlı şey ölkədə kişilərin doğum faizinin qadınlarda daha yüksək olmasıdır.



Amma kişilərin orta yaşının qadınlarla müqayisədə daha qısa olması, yaşlı qadın sayının kişilərdən 8 faiz daha çox olmasına yol açmaqdadır.

UKRAYNA

45 milyonluk Ukraynada qadın sayı ümumi əhalinin 53.70 faizini təşkil edir və qadınların say artımına ən böyük dəstəyi ölkənin qərbindəki Lvov şəhəri verir.

Çünki Lvov əhalisinin 85 faizi qadınlardan ibarət bir şəhərdir. Buna səbəb isə ölkə miqyasında doğulan körpələrin böyük faizlə qız olmasıdır.

LİTVA

2,872 milyonluq əhaliyə sahib olan Litvada qadınların sayı 54 faizdir və bu, demək olar ki, rekord səviyyə deməkdir. Qadınların say etibarilə daha üstün olduğu bu ölkədə kişi sayının az olmasının başlıca səbəbləri siqaret, depressiya, intihar və yüksək risk almaları olaraq göstərilməkdədir.

Öyrəşdiyimizin əksin olaraq, kişilərin yox, qadınların kişilərə sataşdığı Litva bu səbəbdən də kişilər üçün həm gözəl, həm də təhlükəli bir yer ola bilər.

Bütün bunların xaricində qadınlar tərəfindən idarə edilən Litvanın prezidenti də bir qadındır.

ESTONİYA

1,316 milyonluq əhaliyə sahib olan Estoniyada qadın sayının faizi 53.20 faizdir. Kişi qıtlığının yaşandığı bir başqa ölkə olan Estoniyanın Kihnu Adasında təxminən 400 qadın yaşamaqdadır. Bu ada sözün tam mənasında qadınlar tərəfindən idarə edilməkdədir.

Adadakı az saydakı kişi də balıqçılıqla məşğul olduğu üçün əsasən dənizdə olurlar. Nəticə etibarilə Kihnu Adasındakı bütün işlər ilin çox zamanlarında qadınlar tərəfindən həyata keçirilməkdədir.

PORTUQALİYA

Avropada İtaliyadan sonra ən aşağı doğum faizinə sahib ölkə olan Portuqaliyada qadınların sayı kişilərin sayını xeyli keçib. 52.75 faiz kimi bir rəqəmə sahib olan qadınların sayı bir zamanlar ölkənin yaşadığı iqtisadi sıxıntılara görə iş-gücə qoşulma faizində də qadınların kişilər qarşısında üstünlüyünü əldə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi