azia.az
azia.az

Ən təhlükəli siqaretlər bunlar imiş

24-05-2019, 07:38

Ən təhlükəli siqaretlər bunlar imiş
Filtrli siqaretlərlə müqayisədə, filtrsiz siqaretlər daha çox can alır. Belə bir nəticəyə Cənubi Karolina Tibb Universitetinin alimləri gəlib. Ancaq tədqiqatçılar filtrin heç də tütün qəbulunu təhlükəsizləşdirmədiyini və bir çox hallarda ağciyər xərçənginə səbəb olduğunu əmin edir. Araşdırmanın nəticələri "MedicalXpress” tibb portalında dərc olunub. Alimlərin sözlərinə görə, filtrsiz siqaret çəkən insanlarda ağciyər xərçənginin inkişafı riski (filtrsiz siqaret çəkənlərlə müqayisədə) 40 faiz yüksək olur. Ölüm riski isə 30 faiz daha çoxdur. Bundan başqa, digər siqaret növləri – "slim”, "ultra-slim” və nanəli siqaretlərin də filtrli adi siqaretlər kimi təhlükəli olduğu müəyyən edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi