azia.az
azia.az

"“Amnesty İnternational” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur"

23-05-2019, 16:25


Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov :"“Amnesty İnternational” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur"

"“Amnesty İnternational” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur"
Artıq inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutan Azərbaycanda sosial – iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atır. Bu uğurların əsasında isə ilk növbədə ölkədə mövcud olan ictimai – siyasi sabitlik dayanır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Azərbaycanın bu gün mötəbər tədbirlərə ev sahibliyi etməsi, təşkilatçılıq sahəsində mükəmməl təcrübəyə yiyələnməsi, ən əsası, malik olduğu imkanlar ölkəmizdə hər bir beynəlxalq idman yarışının keçirilməsi üçün münbit şərait yaradır. Bu yarışların Azərbaycanda keçirilməsi isə ölkəmiz üçün tamamilə yeni səhifə açır. Azərbaycan bu yarışlara ev sahibliyi etməklə beynəlxalq nüfuzunu daha da artırır və yeni - yeni tərəfdaşlar qazanır. Məhz bu uğurlar, reytinqlər, ölkəmizə göstərilən yüksək etimadlar artdıqca, bəzi dairələr, xüsusən də antiazərbaycançı şəbəkələr yaman “əl-ayağa” düşürlər. Çünki ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, belə antiazərbaycançı şəbəkələri, ölkəmizə qarşı ikili standartlardan çıxış edən bəzi beynəlxalq təşkilatları “narahat” edir. Xarici antiazərbaycançı şəbəkə və onların əlaltıları, bəzi yerli dairələr də ölkəmizdə keçiriləcək olan UEFA Avropa Liqasının final matçının keçirildiyi ərəfədə öz simalarını açıb göstərirlər. Təbii ki, bütün bu kampaniyaların arxasında erməni lobbisi, diasporu, Azərbaycanı sevməyən və uğurlarını qısqanan qüvvələr dayanır. Həyata keçirmək istədikləri planlar hər dəfə alt-üst olsa da, bu çirkin əməllərindən yenə də əl çəkmirlər.

Bu gün “Demokratiya çətiri” altında pərdələnən “Amnesty İnternational” adlı bir təşkilat da idmandan siyasi alət kimi istifadə etməyə çalışır və “qara piar” kampaniyasına başlayıb. Əfsuslar olsun ki, belə antiazərbaycançı təşkilatlar öz ölkələrindəki insan haqları problemlərindən diqqəti yayındırmaq, beynəlxalq ictimai rəyi məşğul etmək üçün Azərbaycan kimi ölkələri hədəf alırlar. Ancaq hər dəfə məqsədləri, niyyətləri ürəklərində qalır. Əslində, bu təşkilat üçün heç nəyin fərqi yoxdur, təki Azərbaycan əleyhinə mövzu olsun. Odur ki, onların qarayaxma planları yeni bir proses deyil. “Amnesty İnternational” kimi ermənipərəst təşkilatların yaydığı qərəzli bəyanatlar, ikili standartlar prinsipi, “qara piar” kampaniyası heç bir nəticə verməyəcək, qərəzli çağırışların heç bir effekti olmayacaq. Çünki nəyəsə etiraz edəndə ilk öncə onun səbəbini ortaya qoymalısan. Onların ortaya qoyduğu səbəbləri isə bizlər görürük və müəyyən edirik ki, bütün bunlar tamamilə əsassız və mənasızdır, sadəcə, suyu bulandırmaq

naminə kampaniya aparırlar. Bu kampaniya aparanların özləri də bilirlər ki, müvəffəqiyyətli bir nəticə əldə edə bilməyəcəklər. Sadəcə olaraq, bu, düşmənin xarakteri və xislətidir. Biz bu təşkilatların keçmişdə belə çirkin hərəkətlərinin dəfələrlə şahidi olmuşuq. Bu gün də belə cəhdlərin şahidi oluruq. Ümumiyyətlə, onlar Azərbaycanın uğurlara imza atmasını həzm edə bilmirlər. Ancaq indiyədək “Amnesty İnterntional” kimi təşkilatlar bir dəfə olsun belə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində milyona yaxın insanın hüquqlarının pozulduğunu dilə gətirməyiblər. İnsanların hüquqlarının kütləvi şəkildə pozulmasında günahkar olan Ermənistan dövlətinə bir dəfə formal olsa belə çağırış etməyiblər. Odur ki, adıçəkilən bu təşkilatın hər hansı bəyanatı Azərbaycan üçün meyar sayıla bilməz. Hər bir kütləvi tədbirlər zamanı belə təzyiq metodlarının işə salınması onların iş üslubudur. Həmin təşkilata güclü deyil, zəif bir Azərbaycan lazımdır. Güclü Azərbaycan dövləti ilk növbədə xalqımıza lazımdır. Həmişə olduğu kimi, bu dəfə də çirkin kampaniyaları uğursuz və rüsvayçılıqla sona çatacaq, Azərbaycan isə inamla sabaha doğru irəliləyəcək və dünyada artan nüfuzu dövlətimiz üçün yeni uğurlar qazandıracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi