azia.az
azia.az

Pekində Çin və Azərbaycan elmi tərəfdaşlığına dair konfrans keçirilib

15-05-2019, 11:54

Pekində Çin və Azərbaycan elmi tərəfdaşlığına dair konfrans keçirilib
Azia.az: Mayın 14-də Çinin paytaxtı Pekində “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və AMEA-dır.

Beynəlxalq forumda çinli alimlərlə yanaşı, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, b.ü.f.d. Esmira Əlirzayeva, İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, institutun elmi katibi, i.ü.f.d. Rəsmiyyə Abdullayeva, şöbə müdiri, i.ü.f.d. Leyli Allahverdiyeva və aparıcı elmi işçi Aqil Eyvazov iştirak ediblər.
Pekində Çin və Azərbaycan elmi tərəfdaşlığına dair konfrans keçirilib
Tədbirdə Çin və Azərbaycan arasında iqtisadiyyat sahəsində tərəfdaşlıq, yeni imkanlar, elm sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri üzrə müzakirələr aparılıb.

Tədbirdə Nazim İmanov “Ölkələrin iqtisadi modellər üzrə təsnifləşdirilməsi”, Rəsmiyyə Abdullayeva “Azərbaycanda sosial müdafiə sisteminin dövlət tənzimlənməsi”, Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi: xarici ticarətin liberallıq dərəcəsindən asılılığı və iqtisadi əhəmiyyəti”, Aqil Eyvazov isə “Azərbaycanda iqtisadi islahatlar, biznes mühiti və investisiya imkanları” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında geniş müzakirələr aparılıb.


AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi