azia.az
azia.az

"Beynəlxalq Əlillər Cəmiyyəti" tədbirə dəvət edir

14-05-2019, 14:27

"Beynəlxalq Əlillər Cəmiyyəti" tədbirə dəvət edir
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB 01.05.2019 - 01.08.2019-cu il tarixləri ərzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə həyata keçirir. Layihə zamanı həmin kateqoriyalı insanların problemlərinin müsbət həlli istiqamətində işlər görüləcək.16 may 2019-cu il tarixində saat 11.00-da "Səs" İnformasiya Agentliyində (Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi-32) layihənin təqdimatına həsr edilmiş tədbir keçiriləcək. Tədbirdə dövlət və qeyri-hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulub.İştirak etmək istəyən hər bir kəs dəvətlidir.
Mətbuat Xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi