azia.az
azia.az

“Azəriqaz” Prezident İlham Əliyevin iradından sonra söz verdi – RƏSMİ

1-05-2019, 23:46

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Minval.info məlumat verir ki, iclasda bir çox məsələlərə toxunan Prezident “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bəzi nöqsanlara yol verildiyini qeyd edib:

“ “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.
“Azəriqaz” Prezident İlham Əliyevin iradından sonra söz verdi – RƏSMİ
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev Modern.az-a açıqlama verib.

R.Əliyev bildirib ki, ölkə rəhbərinin toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq:

“Ötən ilin dekabr ayının 1-nə kimi “Azəriqaz” 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Qeyd etdiyim tarixdən etibarən həmin qərar qüvvədən düşüb.

Qərarın qüvvədən düşməsilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdüaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur”.

R.Hacıyev qeyd edib ki, abonentlərə verilən təbii qazın keyfiyyətinin artırılması “Strateji yol xəritəsi”ndə də nəzərdə tutulub:

“2020-ci ildən Azərbaycanda Böyük Qaz Emalı zavodu tikiləcək. “Azəriqaz”ın tədbirlər planında da bu məsələ öz əksini tapıb. Ölkə rəhbəri tərəfindən qeyd olunan problemlər yaxın vaxtlarda həll olunacaq. İndiki halda əhaliyə verilən təbii qaz “QOST”a uyğundur.

Sadəcə bəzi mədən qazlarının qarışması zamanı keyfiyyət aşağı düşə bilir. Amma dediyim kimi, zavod fəaliyyətə başaldıqdan sonra əhaliyə verilən qaz tam keyfiyyətli olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi