azia.az
azia.az

Deputat söyüş müxalifətinin sponsoru “Quska”nı niyə varlandırıb? - Təfsilat

29-04-2019, 08:15

Tez-tez qalmaqallarla gündəmə gələn deputat Cavanşir Feyziyev indi məlum olur ki, həbsdə olan sabiq deputat, söyüş müxalifətinin sponsorlarından biri olduğu iddia edilən Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını alıbmış.
Deputat söyüş müxalifətinin sponsoru “Quska”nı niyə varlandırıb? - Təfsilat
Cahan.info sual edir ki, Azərbaycan iqtidarına qarşı xaricdəki söyüş müxalifətini maliyyələşdirmiş, vergidən yayınmış, prezidentin əleyhinə təbliğat aparmış birini nə üçün C.Feyziyev varlandırıb.

Deputat heç kəsin yaxın durmadığı obyektə milyonlar xərcləyərək “Quska”ya kapital qazandırıb. O da həmin pulları hökumətin, prezidentin əleyhinə Avropadakı qruplaşmalara xərcləyib. C.Feyziyev hansı siyasi xətaya yol verdiyini düşünürmü?

Feyziyev şəhərin mərkəzində satılan başqa obyektlərdən birini də ala bilərdi. Amma o, “Quska”ya xeyir verməyi seçib və onu varlandırıb.

Üstəlik, deputatın bizneslə məşğul olması qadağan edildiyi halda C.Feyziyev 10 milyonu hardan əldə edib ki, özünə obyekt alıb?

Axı deputat maaşı da bu məbləğdə əmlak almağa çatmır. Demək, “Avromed” pulları ilə oliqarxa çevrilmiş Feyziyev üçün deputatlıq biznesini qorumaq üçün bir səbəbdir. Onun üçün “Quska”nın kimliyi, hakimiyyətə, prezidentə etdiyi pisliklər əhəmiyyətli deyilmiş.

Məlumata görə, deputat həmin obyekti oğlunun adına rəsmiləşdirib. Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsində 800 kvadrat metr sahəsi olan qeyri-yaşayış obyektinin qiyməti 10 milyon manata yaxın dəyərləndirilir.

Tərəflər arasında alqı-satqı “Quska” həbs edilməzdən əvvəl - 2013-2014-cü illərdə həyata keçirilib. Həmin zaman isə Hüseyn Abdullayev Almaniyada yaşayırdı və hakimiyyətə qarşı layihələr həyata keçirirdi.

“Quska”nın obyekti deputatın adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib. Həmin 3 nəfərdən biri müğənni Gülyaz Məmmədovadır. Sənətçi faktı təsdiqləyib.

Alqı-satqı işinə deputatın adamı Dadaş Rzayev rəhbərlik edib. Dadaş Rzayev deputat Cavanşir Feyziyevin “Avromed” dərman şirkətində şöbə müdiri işləyir.

Deputat əvvəlcə obyekti 3 adamın- Sücəddin Kərimov, Yelizaveta Əlizadə və məşhur müğənni Gülyaz Məmmədovanın adına alıb. Sonra isə həmin obyekt C.Feyziyevin oğlu Orxan Feyziyevin adına keçirilib.

Rəsmi sənədlərdən isə məlum olub ki, obyektin faktiki rəhbəri Hüseyn Abdullayev olsa da, atası Abbas Abdullayevin adına olub.

Cahan.info yada salır ki, C.Feyziyev “Avromed” şirkətinin yaradıcısı və payçısıdır. Bir neçə il əvvəl deputat şirkətin təsisçiliyindən imtina etdiyini açıqlasa da, əslində, onun “Avromed”də əhəmiyyətli paya malik olduğu aydın məsələdir.

Onu da xatırlatmaq yerinə düşər ki, bir neçə il öncə hətta hakimiyyətə yaxın media orqanlarında da C.Feyziyevi və onun şirkətini tənqid edən materiallar özünə yer alırdı.

Şərhlərdə onun hökumət mediasında vurulmasının müxtəlif səbəbləri göstərilsə də, həmin ərəfələrdə “Avromed”in işinin xeyli zəiflədiyi nəzərə çarpdı.

Düzdür, sonradan C.Feyziyev açıqlama verərək şirkətin təsisçiliyindən getdiyini bildirdi. Lakin bunun da reallığı əks etdirmədiyi hamıya məlumdur.

Parlamentdəki biznesmen deputatların heç birinin biznesini özünün adına rəsmiləşdirmədiyi, yaxud mandat aldıqdan sonra öz adından çıxarıb başqasının adına keçirməsi sirr deyil. C.Feyziyev də bu ənənədən kənar qalmayıb desək yanılmarıq.

Cavanşir Feyziyevin adı son zamanlar mətbuatda avtomobil qəzasına görə də hallanır. Ölümlə nəticələnən qəza Xəzər rayonu Qala qəsəbəsində baş verib.

“Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub.

Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

Avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanı Feyziyevlər ailəsinə məxsusdur (FC- Feyziyev Cavanşir). Deputat isə açıqlama verərək maşını özünün idarə etmədiyini demişdi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi