azia.az
azia.az

"Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir" - Vaqner da Silva

26-04-2019, 12:24

"Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir" - Vaqner da Silva
"İlk dəfə belə bir mənzərənin şahidi oluram. Yolların bağlı olmasından başqa hər şey möhtəşəmdir". Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva Formula-1 üzrə Azərbaycan Qran-prisi haqda danışarkən deyib. Braziliyalı qolkiper "Globo Sport"a açıqlamasında bildirib ki, avtomobillərin 340 km/saat sürətlə ötüşməsini yaşadığı "Port Baku"nun pəncərəsindən izləmək mümkündür: "Uşaqlar işləri sürətli şəkildə görürlər. Məşqi izləyə bilməyəcəm. Ancaq bazar günü yarışa mütləq baxacam".
Qeyd edək ki, bu gün start götürəcək Azərbaycan Qran-prisi iki gün davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi