azia.az
azia.az

"Araz" marketdə kifli çörək satılır-“Bu, cinayətdi” – FOTO

16-04-2019, 08:04

"Araz" marketdə kifli çörək satılır-“Bu, cinayətdi” – FOTO
“Şəkərim olduğuna görə, demək olar ki, hər gün bu çörəkdən alıram. Dünən aldığım bu çörəyin istehsal vaxtı hələ sabah bitir. Amma dünəndən kif bağlayıb”. Bu sözləri tanınmış jurnalist Səbuhi Məmmədli öz Facebook səhifəsində yazıb. Jurnalistin dediyinə görə, çörək kif bağlamaqla bərabər, onun üst qatı qəribə şəkildə “qırışıb”.
Məmmədli bildirib ki, çörəyin istehsalçısı Eviar MMC-dir. Şirkət İsmayıllı rayonunun İvanovka kəndində yerləşir.
“Yəqin mənim kimi yüzlərlə insan bu şirkətin məhsulunu hər gün alır. Olmaz, vallah belə olmaz. Bu, cinayətdi. Ayıb deməkdən keçib keçib artıq…” deyə o bildirib.
Jurnalist sonda onu da qeyd edib ki, çörək 9-cu mikrorayonda yerləşən ARAZ supermarketindən alınıb.
Onu da qeyd edək ki, “Borodinskiy” mayasız çovdar çörəyi şəkərli xəstələrin ən çox istifadə etdiyi məmulatlar sırasındadı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi