azia.az
azia.az

Azərbaycanlı bloqer 17 yaşlı izləyicisinə “Gelandewagen” hədiyyə etdi – VİDEO

21-03-2019, 16:47

Azərbaycanlı bloqer 17 yaşlı izləyicisinə “Gelandewagen” hədiyyə etdi – VİDEO
Xəbər verdiyimiz kimi, Rusiyada fəaliyyət göstərən azərbaycanlı videobloqer Hüseyn Həsənov şəxsi qırmızı rəngdə “Galendewagen” avtomobilini müsabiqə yolu ilə hədiyyə vermək qərarına gəlib.Oxu.Az xəbər verir ki, iki gün ərzində izləyicilər şəxsi Instagram səhifələrinin “hekayə” bölməsində Hüseynin Instagram hesabını tag edib #геликподписчику #гусейн10млн yazmalı idilər. Onların “tag”ları isə Hüseynin Instagram hesabının mesaj şəklində “direct”inə gəlib. Həsənov gecəyarısı 10 dəq ərzində gözlərini bağlayıb və rəsmi səhifəsinin mesaj bölümündə aşağıdan yuxarı swipe etməyə başlayıb. Instagram hesabında 10 milyondan çox izləyicisi olan Hüseynin bu canlı efirini rekord göstərici 800 mindən daha çox insan izləyib.Videobloqer keçirdiyi yarışmanı ən şəffaf müsabiqə adlandırıb.Nəticədə Hüseyn Həsənovun keçirdiyi bu müsabiqənin qalibi, bir sözlə “Galendewagen”nin sahibi 17 yaşlı ukraynalı Anastasiya Xavrutskaya adlı bir xanım izləyici olub. Bloqer vurğulayıb ki , Anastasiyaya nəyin ki, öz şəxsi avtomobilini hədiyyə edəcək həmdə onu lüks restoranların birində şam yeməyinə dəvət edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi