azia.az
azia.az

Sabahın havası necə olacaq?

1-03-2019, 16:19

Sabahın havası necə olacaq?

Azia.Az xəbər xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, səhər və axşam bəzi ərazilərdə az çiskin olacağı gözlənilir.

Bakıda gecə 1°-3°, gündüz 4°-6° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütununa bərabər, nisbi rütubət 75-80 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5°-8° isti, dağlarda gecə 5°-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7°-12° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 5°-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 1° şaxtadan 2°-dək isti gündüz 3°-6° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6°-11° , gündüz 0-4° şaxta təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5°-8° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 1°-3° , gündüz 5°-7° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 0-4° isti təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi