azia.az
azia.az

“Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib

2-03-2019, 10:32

“Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib

"Azia.az"a verilən məlumata görə:“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Məqsədlər üçün əl-ələ” layihəsinə start verilib.

Layihənin məqsədi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyəti barəsində gənclərin məlumatlandırılması, həmçinin onları bu sahədə zəruri tədbirlər həyata keçirməyə istiqamətləndirməkdir.

5 regionu əhatə edəcək layihə çərçivəsində paytaxt və region gəncləri üçün müvafiq sahə üzrə xüsusi təlimçilər və gənc səfirlərlə görüşlər təşkil olunacaq.

Sonda layihə iştirakçılarından formalaşmış komandalar Dayanıqlı İnkişaf Məqsədləri üzrə təqdimat edəcək. Ən yaxşı təqdimat sahibi olan komanda mükafatlandırılacaq.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi