azia.az
azia.az

Qazi baş redaktor qondarma ittihamlarla bağlı ölkə rəhbərliyinə müraciət etdi - MÜRACİƏT

9-02-2019, 12:22

Qazi baş redaktor qondarma ittihamlarla bağlı ölkə rəhbərliyinə müraciət etdi - MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Azərbaycan Respublikasının Viçe- Presidenti Mehriban xanım Əliyevaya
Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova
Möhtərəm cənab Prezident!
Teref.info saytının baş redaktoru, 2-ci qrup Qarabağ əlili olaraq sizə müraciət edirəm!
Hörmətli cənab prezident mən bir Azərbaycan vətəndaşı olaraq bacardığım qədər öz ölkəmi, dövlətimi qorumuşam. Müstəqilliyimiz, təcavuzə uğramış Qarabağ uğrunda gedən savaşlarda sağlamlığımı itirəndən sonra qələmlə dövlətimə, millətimə xidmət etməyə davam etmişəm!
Teref.info saytının baş redaktoru olaraq həmişə qanunlar çərçivəsində hərəkət etmişəm. Bakı Prokurorluğunun mənə açdığı cinayət işi mənim etmədiyim bir cinayəti mənə şamil edir. Bu cinayət işinin materiallarından da aydın olur ki, ittiham qondarmadır, amma buna baxmayaraq iş məhkəmə istintaqına yönəldilib.

Rəhbəri olduğum saytda 06.07.2018 tarixində Musavat.com saytına istinadən
“Etibar Pirverdiyevin kriptovalyuta biznesi ortaya çıxdı - Sumqayıtda milyardlıq BİTKOİN MAYNİNQ "FERMASI" TİKDİRİB”:
09.07.2018 –ci il tarixdə isə Reportyor.info saytına istinadən
““Azərenerji”yoxlanır, Pirverdiyev “işıq terroru” üçün dindirilir – “finski” korrupsiya…” yazılarını yerləşdirmişəm.
Bu yazıları yerləşdirəndə onu nəzərə almışam ki, bu yazılar internet portallarında yayımlanıb və təkzib edilməyib. Həmçinin KİV haqqında qanunun 62 maddəsinin 3 bəndinə, yəni
“Maddə 62. Məsuliyyətdən azad edilmə halları Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat;
1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;
3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;
4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;
5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri,
7 dekabr 1999-cu il № 769-IQ”

Bu maddəyə əsasən öz əməlimdə heç bir günah və ya cinayət məsuliyyəti görmürəm. Onu da nəzərinizə çatdırım ki, yazılar sosial tənqidi yazılardır. Etibar Piriverdiyevin Azərbaycanı elə fors major vəziyyətə saldığına görə etdiyiniz çıxışdan sonra yazılmışdır. Yazıda bir məmurun yarıtmaz işi ölkəni necə 2 gün işıqsız qoyduğu və regionda sizin apardığınız siyasətə necə ziyan vurduğu vurğulanır
Orda dövlətə və mövcud hakimiyyətə qarşı heç bir çağırış yoxdur.
Mən istəmirəm ki, belə saxta cinayt işi hansısa beynəlxalq tıəşkilatlarda dövlətimizə qarşı istifadə olunsun!
Möhtərəm Prezident, bir baş redaktor, bir 2-ci qrup Qarabağ əlili kimi bu işi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm! İnanıram ki, istintaq orqanlarından fərqli olaraq Siz ədalətli qərar verəcək və işin məhkəmə istintaqı başlamadan ləğvinə göstəıriş verəcəksiniz.

Hörmətlə Teref.info saytının baş redaktoru, 2-ci qrup Qarabağ əlili Nurəddin (Xoca) İsmayılov.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi