azia.az
azia.az

Yaşıllıq düşməni “Yaşam rezidence” Nəsimi RİH-lə necə “sövdələşib”?

24-01-2019, 15:26

Yaşıllıq düşməni “Yaşam rezidence” Nəsimi RİH-lə necə “sövdələşib”?
Metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yaşıllıqları qırıb tikintiyə başlayan “Yaşam rezidence” şirkəti ilə bağlı qalmaqallı vəziyyət davam edir

Cahan.info xəbər verir ki, Nəsimi rayonunda yaşıllıqları məhv eləmiş və biznesini reallaşdırmaq istəmiş “Yaşam” MTK ağacları Neftçalaya köçürdüyünü bəhanə edir.
Amma bəzi mənbələrdən verilən məlumatda bildirilir ki, şirkətin qanunsuz şəkildə ağacları kəsməsi külli miqdarda cərimələnməsi ilə nəticələnib. “Yaşam” təkcə cərimələnməklə canını qurtara bilməyib. Deyilənə görə, şirkət tikinti həyata keçirmək üçün Nəsimi Rayon İcra Hakimiyyəti ilə böyük sövdələşməyə gedib. İddialar səslənir ki, “Yaşam rezidence” Nəsimi RİH-nə bu ərazidə bina tikmək üçün kifayət qədər ciddi məbləğdə vəsait ödəyib. Ondan sonra icra başçısı Asif Əsgərov yaşıllıqların məhv edilərək yerində yaşayış binası tikilməsinə sərəncam verib.
A.Əsgərovun icazəsi olmadan Nəsimi rayonunda kimsə daşı daş üstünə qoya bilməz. İcra başçısı sərəncam vermək üçün həmin şirkətin qaşına-gözünə aşiq olmayıb. Ortada sövdələşmə olduğu və tərəflərin anlaşdığı deyilir. Görəsən başqa ərazidə tikinti aparmaq olmazdı? Hökmən yaşıllıqlar kökündən qoparlmalıydı? Maraqlısı ondadır ki, ağaclar bayram günləri qırılaraq daşınıb. Bir sözlə, “Yaşam residence” MTK ərazini hasarlayıb, zeytun ağacı məhv edib, yerində tikinti aparır.
Asif Əsgərov Bakının Nəsimi rayonuna icra başçısı təyin olunandan yaşıllıqların qırılması kütləviləşib və intensivləşib. İcra başçısı şəhərin mərkəzi rayonunda meşəlikləri tikinti şirkətlərinə qurban edir. Görünür ki, şirkət RİH başçısı A.Əsgərovu“razı” salmağa müvəffəq olub. Bu da təəccüblü deyil. Çünki Nəsimi rayonunda ağacların kəsilməsi, odunluğa verilməsi adiləşib.Təkcə bu fakt deyil. Rayonun Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı. Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar. Bu da təbiidir. Bir canlının tələf olmasına baxmayaraq, övladını cəzalandırmayıb onu həbsxanadan kurorta göndərən məmur üçün təbiətdəki canlıların məhv olmasının heç bir əhəmiyyəti yoxdur. Odur ki, Nəsimini darmadağın edən, hər boş gördüyü yeri, yaşıllığı satan icra başçısından ciddi şəkildə narazılıq var. Hətta sakinlər sələfi Nəsib Məhəməliyevə şükür edirlər.
Məlum olub ki, məhv edilən yaşıllığın yerində “T” şəkilli tikiləcək 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirir.
Rayonda digər “ağac qətliamı” Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirilib. Bundan əlavə, A.Əsgərovun deputat Adil Əliyevdən 30 min manat rüşvət istəməsi iddialarının meydana çıxması onun işini bitirmək üzrədir. Onsuz da ötən illər ərzində fəaliyyəti və ələxüsus oğlu İlham Əsgərlinin avtoqəzada bir nəfərin həyatına son qoyması Nəsimi icra başçısının dosyesini kifayət qədər ağırlaşdırmışdı. Deputatdan 30 min manat istəməsi iddialarının tirajlanması İH başçısının vəziyyətini daha da mürəkkəbləşdirib.Əslində, A.Əsgərovu keçmiş baş liftçi Qüdrət Şükürovun aqibəti gözləyə bilər. Onun da mənimsəmələri ortaya çıxmışdı və cinayət işi açılmışdı. Əgər Nəsimi İH başçısı vəzifəsindən kənarlaşdırılsa, deputatdan pul istəməsindən tutmuş büdcə talanı, qanunsuz tikinti sərəncamları, yaşıllıqların satılması ilə bağlı sorğu-sual oluna bilər. Prezident Administrasiyasına Nəsimi rayon sakinlərinin şikayətləri səngimək bilmir. Onlar İH rəhbərinin müxtəlif ərazilərdə ağacları məhv etməsi, yerində tikintiyə icazə verməsindən şikayətlənir, prezidentin qızı Leyla Əliyevanın ağacəkmə kampaniyasına zidd olduğunu yazırlar.
Digər tərəfdən, Bakının yeni meri Eldar Əzizovun da onunla işləmək istəmədiyi haqda iddialar səslənir. Hər ikisi Səbayel rayonuna rəhbərlik ediblər.
Amma E.Əzizov Səbayel İH başçısı olanda A.Əsgərov dövründə həyata keçirilmiş bir sıra qanunsuzluqların üstü açılıb. Xüsusən də sürüşmə zonasında villaların tikintisinə məhz A.Əsgərovun dövründə icazə verilib. Bakının sabiq meri Hacıbala Abutalıbov da açıq şəkildə demişdi ki, sürüşmə zonasında tikintilərə icazə verməyib və məsuliyyəti yerli idarə orqanları daşıyır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi