azia.az
azia.az

Bayram Səfərov bahalı avtomobilindən danışdı - “Axı mənim yanımda Tramp kimdir?”

22-01-2019, 17:41

Bayram Səfərov bahalı avtomobilindən danışdı - “Axı mənim yanımda Tramp kimdir?”
Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan "Lincoln MKS” model avtomobildə gəzməyindən danışıb. Azia.az xəbər verir ki, icra başçısı Bayram Səfərov Demokrat.Az-a bildirib ki, sözügedən model avtomobildən dünyada çox istehsal edilib:"Məgər Bayram Səfərov elə maşında gəzə bilməz? Axı mənim yanımda Tramp kimdir? Bayram Səfərov elə Bayram Səfərovdur. O maşından təkcə Trampda yoxdur ki!”.Xatırladaq ki, Şuşanın icra başçısı Bayram Səfərova ABŞ istehsalı olan dəbdəbəli "Lincoln MKS” model avtomobili verilib.Hazırda sözügedən avtomobilə "58-AA-001” dövlət nömrə nişanı taxılıb.
Avtomobilin bazar qiyməti 50 000-60 000 ABŞ dolları təşkil edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi