azia.az
azia.az

BAŞ HƏKİM UŞAQLARI GİNDES SANATORİYASINDA ƏSİR SAXLAYIR, ÖLÜMƏ SÜRÜKLƏYİR- FOTO

22-01-2019, 11:12

BAŞ HƏKİM UŞAQLARI GİNDES SANATORİYASINDA ƏSİR SAXLAYIR, ÖLÜMƏ SÜRÜKLƏYİR- FOTO
Buzovnada yerləşən Y.Gindes adına uşaq və yeniyetmələr üçün sümük-vərəm xəstəlikləri sanatoriyası biabırçı vəziyyətdədir

Sanatoriya özü xəstəlik mənbəyidir.

Sputnik Azərbaycan-a danışan BDU-nun 2-ci kurs tələbəsi Lalə Nizam deyib ki, 3-7 yaşlı uşaqları yoxsulluq, antisanitariya, cəmiyyətin laqeydliyi və tərbiyəçilərin qəddar davranışları əhatə edib. Bu soyuq, qaranlıq və çirkli otaqlarda uşaqlar yaşayır.

Tələbənin dediyinə görə, bu müəssisənin hər yerində antisanitariya hökm sürür. Uşaqların normal yaşaması üçün heç bir şərait yoxdur.

Yataq otağının pəncərələri qırıqdır, divarları çirkli və cızılmış haldadır, qızdırıcı yoxdur, uşaqlar çirkli və mələfəsiz döşəklərdə yatırlar. Hətta bir çox uşağın yatmağa çarpayısı belə, yoxdur.

Sanatoriyanın mətbəxi isə, demək olar ki, yoxdur. Uşaqlar çirkli boşqablarda yemək yeyirlər. Mətbəx avadanlıqları elə vəziyyətdədir ki, onları sadəcə atmaq daha doğru olar. Hamam və tualet haqqında isə ümumiyyətlə, danışmağa dəyməz.

Sanatoriyanın yerləşdiyi binanın 150 yaşı var. Baş həkim Sima Həmidzadə deyib ki, onu təmir etmirlər, çünki prezident İlham Əliyevin sərəncamı ilə Buzovna qəsəbəsində yeni dördmərtəbəli bina tikilir.

Baş həkimin sözlərinə görə, prezident sanatoriyanın tikintisinə 3 milyon manat vəsait ayırıb: Ora lazım olan bütün avadanlıq alınıb.

Sadəcə yeni binanın açılışını gözləmək qalır”. Amma yeni binaya köçməyə hazırlıq əsas vermir ki, indi köhnə binada natəmizlik, antisanitariya hökm sürsün, uşaqlar çirkli çarpayılarda yatsınlar. Baş həkim səliqə-sahman yaratmaq əvəzinə bəhanə axtarır.

Halbuki, uşaqları ölümə sürüklədiyini düşünmür. Əslində, Səhiyyə Nazirliyinin tezliklə araşdırma aparması və yoxlamalarına ehtiyac var. Yeni binaya köçənə qədər uşaqlar bu vəziyyətdə yaşaya bilməzlər.

Baş həkim isə çəkiliş aparan tələbələri qınayır. Tələbələri qınamaq yox, 36 uşağın taleyi ilə maraqlanmaq lazımdır. Hər halda prezident deməyib ki, təzə bina tikilirsə, köhnə binada gestapo, əsir düşərgəsinə bənzər şərait yaradılmalıdır.

Uşaqlara qayğı dəhşətli vəziyyətdədir. Əgər onlara tərbiyəçi demək mümkündürsə, o adamlar uşaqlarla normativlərdən kənar leksikonla danışır, onlarla qəddar rəftar edir, qışqırır və onları döyürlər.

Bir-biri ilə ünsiyyət quran uşaqlar da qeyri-ixtiyari təhqiramiz ifadələrdən istifadə edirlər. Bizim gəlişimizdən qorxuya düşərək özlərini itirən tərbiyəçilər uşaqlara qışqırır və onları söyürdülər.

Bəs baş həkim buna nə deyir? Bunun da günahı təzə binaya köçməyi gözləməkdədir? Təzə binada daha yaxşı rəftar olacaqmı?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Cahan.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi