azia.az
azia.az

“Elmlər Akademiyası” stansiyasının əsas çıxışı küləyə görə bağlandı

18-01-2019, 10:15

Azia.az xəbər verir ki ,Bakıda güclü külək metronun fəaliyyətinə də təsirini göstərib. “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən metronun əsas çıxışı bağlanılıb:

“Hazırda stansiyaya giriş və çıxış əsas girişdən təşkil olunub. Hər iki tərəf açıq olduğu üçün yelçəkən olurdu. Bu da uşaqların, yaşlı insanların təhlükəsiz hərəkətinə narahatlıq yaradırdı. Həm də məktəblər bağlandığı üçün sıxlıq müşahidə edilmirdi. Bu səbəbdən önləyici tədbir kimi qapının birinin bağlanmasına qərar verilib. Hər hansı bir fəsad qeydə alınmayıb. Gün ərzində də buna nəzarət olunacaq, əgər sıxlıq artarsa və ya küləyin sürəti azalarsa əsas çıxış istifadəyə veriləcək”.






OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi