azia.az
azia.az

Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlandı - SİYAHI

20-12-2018, 22:54

Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlandı - SİYAHI
Azərbaycanda gələn il üçün rəsmi bayram günləri açıqlanıb. Nazirlər Kabinetinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov dekabrın 19-da bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək qeyri-iş günü hesab olunsun”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi