azia.az
azia.az

Azərbaycan HİV-in sürətlə yayıldığı ölkələr sırasındadır

30-11-2018, 09:18

Azərbaycan Avropa ölkələri arasında insanda immun çatışmazlığı virusunun nisbətən yüksək sürətlə yayıldığı ölkələr sırasına daxildir.
Avropa İttifaqının strukturuna daxil olan Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu tərəfindən hazırlanmış və noyabrın 28-də dərc edilmiş araşdırmanın müəllifləri bu nəticəyə gəlib.

2017-ci il ərzində Azərbaycanda 570 yeni HİV hadisəsi və ya hər 100 min nəfərə 5,8 hadisə qeydə alınıb. Ümumilikdə ölkədə rəsmi olaraq 6755 HİV daşıyıcısı var.
Bu məlumatlara əsasən, 2017-ci il ərzində Azərbaycanda 570 yeni HİV hadisəsi və ya hər 100 min nəfərə 5,8 hadisə qeydə alınıb. Ümumilikdə ölkədə rəsmi olaraq 6755 HİV daşıyıcısı var. Cənubi Qafqazda bu göstərici Gürcüstanla (6762) eyni səviyyədədir. Ermənistanda HİV daşıyıcılarının sayı qonşularla müqayisədə iki dəfədən də çox azdır.

Ümumilikdə ötən il ərzində Avropa ölkələrində 159 min yeni HİV infeksiyasına yoluxma hadisəsi qeydə alınıb, onların 130 mini Şərqi Avropada, 104 mini Rusiyada qeydə alınıb. HİV-ə yoluxma hadisələrinin 59 faizində infeksiya heteroseksual cinsi əlaqə, 37 faizində narkotik vasitələrdən istifadə, 3 faizində homoseksual cinsi əlaqə yolu ilə yoluxub.

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi