azia.az
azia.az

"Quska"nın pul verdiyi deyilən gəncin atası: "Bəzi saytlara təklif edilib ki..."

16-03-2018, 08:29

"Quska haqqında nə yazılmağı məni maraqlandırmır. Onun idmançı-qoçu dəstəsinin keçmiş dönəmlərdə müxaliflərə nə divan tutduğunu heç vaxt unutmaram. Həmin qoçu dəstəsi oğlum Tural Sadıqlını da İsa Qəmbərin "Sevinc" kinoteatrında görüşü keçirilərkən tökülüb o dərəcədə döymüşdülər ki, 1 saylı klinik xəstəxanada 26 gün stasionar müalicədən sonra ayağa dura bildi..."

Bunu sabiq deputat, hazırda xaricdə yaşayan Hüseyn Abdullayevin ("Quska") bir sıra mühacirlərə pul verməsi xəbərini şərh edərkən həmin sırada adı hallanan gənc fəal Tural Sadıqlının atası Əlövsət Əhədoğlu deyib. AFN xəbər verir ki, Ə.Əhədoğlu oğlunun "Quska"dan pul alması barədə səslənən fikirləri "əsassız ittihamlar" adlandırıb: "Bir neçə sayt rəhbəri və əməkdaşı olan dostlara hökumətin qeyri-rəsmi yaratdığı mərkəzdən təkliflər gəlib. Təklif edirlər ki, Avropada yaşayan və hökuməti ifşa edən şəxslər əleyhinə saytlarında hər bir şəkil, karikatura, məqalə yerləşdirmələri üçün 50-100 manat ödəyəcəklər. Onlarsa imtina edib, bu barədə mənə bildirdilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi