azia.az
azia.az

“Müdafiə naziri gəldi, dedi axşam saat 5-ə qədər bütün erməni bölmələri tutduqları mövqelərdən çəkilməlidir...”

26-10-2021, 18:07

“Müdafiə naziri gəldi, dedi axşam saat 5-ə qədər bütün erməni bölmələri tutduqları mövqelərdən çəkilməlidir...”
Ermənistanın Sisyan şəhərinin keçmiş meri, hazırda müxalif “Hayastan” blokundan deputat Artur Sərkisyan jurnalistlərə ötən ilin dekabrında erməni işğalçı bölmələrinin Şərqi Zəngəzurdan-Zəngilan və Qubadlının sərhədyanı ərazilərindən necə çıxarıldığını danışıb. Onun sözlərinə görə, 2020-ci il dekabrın 17-də o vaxtkı müdafiə naziri Vaqarşak Arutyunyan Gorusa baş çəkib və yerli icmaların rəhbərlərini toplayaraq dekabrın 18-i axşam saat 5-ə qədər bütün erməni silahlı bölmələrinin tutduqları mövqelərdən geri çəkilməli olduğunu bildirib.



Xatırladaq ki, Qarabağda 44 günlük müharibə 10 noyabr üçtərəfli bəyanatı əsasında dayandırılanda Ermənistan ordusunun qalıqları və könüllülərdən ibarət dəstələr hələ Qubadlı və Zəngilan rayonlarının bir hissəsindən çıxarılmamışdı. Və üçtərəfli bəyanatda həmin rayonların Ermənistanla sərhəd ərazilərinin işğaldan azad edilməsi barədə heçnə deyilmirdi. Lakin dekabrın ortalarında Azərbaycan bu istiqamətdə özünün dövlət sərhədini bərpa etdi və erməni silahlı bölmələri əsasən müqavimətsiz geri çəkildilər. Bəzi yerlərdə erməni ordusunun qalıqları Ermənistan ərazisinə geri çəkilməkdən imtina etməyə çalışsalar da Azərbaycanın sərhəd qoşunlarının komandanlığının sərt ultimatumu onları tezliklə tutduqları mövqeləri tərk etməyə məcbur etdi.
“Müdafiə naziri gəldi, dedi axşam saat 5-ə qədər bütün erməni bölmələri tutduqları mövqelərdən çəkilməlidir...”


İndi Sisyanın keçmiş meri deyir ki, üçtərəfli bəyanatda “tərəflər tutduqları mövqelərdə qalırlar” bəndinin olmasına baxmayaraq müdafiə nazirinin bu göstərişi verməsinin səbəbi məlum deyildi.
“Müdafiə naziri gəldi, dedi axşam saat 5-ə qədər bütün erməni bölmələri tutduqları mövqelərdən çəkilməlidir...”
“Bundan əvvəl icma rəhbərlərinə demişdilər ki, qoşunlar tutduqları mövqelərdə qalırlar. Bizim 10 noyabr sənədində göstərilmədiyi halda nəyə görə geri çəkilməli olduğumuz haqda bütün suallarımıza nazir belə cavab verdi ki, o heç nə bilmir, kursda deyil”,-Sərkisyan bildirib.

O əlavə edib ki, bəzi yerlərdə erməni bölmələri 25 kilometr geri çəkildilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi