azia.az
azia.az

"Sağda oturan hakim yatırdı, soldakı isə telefonla oynayırdı"

23-10-2021, 09:41

"Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə çıxışı elədim, çıxışım biraz uzun çəkdi. Sağda oturan hakim yatırdı, solda oturan telefonda oynayırdı, ortada oturan isə katibəsi ilə danışırdı".
"Sağda oturan hakim yatırdı, soldakı isə telefonla oynayırdı"
E-huquq.az-ın məlumatına görə, bunu vəkil Mərdəli Hüseynov bildirib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimlərindən narazılıq edib.

"Mən əlimdəki dəmir qələmlə bir neçə dəfə stola vurdum ki, ayılsınlar, lakin nəticə olmadı. Gördüm ki, mənə nəinki qulaq asmır, heç saymırlar, bir müddət dayandım. Gördülər ki, səs kəsildi, gəlmir, ortada oturan soruşdu ki, qurtardınız? Dedim yox, sizi gözləyirəm. Proses saat 14:00a- təyin edilmişdi, amma saat 17:45 də başladı, çıxışım çox güclü olduğundan maksimum cəza verdilər. Bir növ vəkil kimi məni cəzalandırdılar ki, boş-boş danışma, uzun çək-çevirdən sonra ağır cinayətlərə dair notariat ofisinin baş notariusu sənədin əsli ilə düzlüyünü təsdiq etdi", - deyə vəkil qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi