azia.az
azia.az

Laçınla sərhəddəki seçkilərdə Paşinyanın, Meğridə isə Serjikin partiyası qalib oldu…

18-10-2021, 15:55

Laçınla sərhəddəki seçkilərdə Paşinyanın, Meğridə isə Serjikin partiyası qalib oldu…

Xəbər verildiyi kimi, dünən – oktyabrın 17-də Ermənistanın 9 icmasında yerli seçkilər keçirilib.

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, baş nazir Paşinyanın lideri olduğu "Vətəndaş anlaşması" partiyasından olan namizədlər Qərbi Zəngəzurun (“Sünik”) Tatev və Tex(Dığ kəndi) icmalaındakı seçkilərdə qalib gəlib.

"Vətəndaş anlaşması” partiyasından namizəd Artur Matosyan 1281 səslə Tatevdə, Dığ icmasında isə 1530 səslə David Qulunts liderdir.

Qeyd edək ki, Dığ kəndi Azərbaycanın Laçın rayonu ilə sərhəddə yerləşir.

Meğridə keçirilən yerli seçkilərdə isə terrorçu eks-prezident, Xocalı qatili Serjik Sərkisyanın rəhbərlik etdiyi Respublika partiyası qalib gəlib. Belə ki, Respublika partiyası 42,8 faiz, “Vətəndaş Anlaşması” - 32,8 faiz, Liberal partiya - 14,4 faiz və “Yaşam yurdu” partiyası - 9,8 faiz səs toplayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi