azia.az
azia.az

Bakıda zibilliklə bağlı iyrənc mənzərə: "Milçəklər ağzımıza dolur" - VİDEO

18-10-2021, 09:07


Sabunçu rayonu, şəhər şosesi, döngə 2 ünvanında yaşayan sakinlər küçəyə atılan zibillərin vaxtında daşınmamasından şikayətlənir. Onlar deyirlər ki, ərazidə zibil qutularının az olması da yaşadıqları ərazidə xoşagəlməz mənzərə yaradır.
Bakıda zibilliklə bağlı iyrənc mənzərə: "Milçəklər ağzımıza dolur" - VİDEO
Azia.az "xezerxeber.az"-a məlumatına görə, kifayət qədər zibil qutusu olmadğı üçün məişət tullantıları pərakəndə şəkildə ətrafa atılır.

Çəkiliş apardığımız zaman sözügedən əraziyə Sabunçu rayon kommunal idarəsinə məxsus zibil daşıyan maşın gəldi. İdarənin işçiləri tərəfindən qutulardakı zibillər avtomobilə yüklənsə də, ətrafdakı zibillər yığışdırılmadı.

Problemlə bağlı Sabuçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, istəyimiz boşa çıxdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi