azia.az
azia.az

“Ruslar xəbərdarlıq edir ki, həmin günlər orada yaşayan ermənilər küçəyə çıxmasın...”

6-10-2021, 12:57


“Ruslar xəbərdarlıq edir ki, həmin günlər orada yaşayan ermənilər küçəyə çıxmasın...”
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Laçın dəhlizi üzərində yerləşən, 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə əsasən Xankəndindən Ermənistanın Gorus rayonu istiqamətində yeni yolun çəkilməsindən sonra üç il ərzində Azərbaycanın nəzarətinə təhvil verilməli olan Laçın şəhərində qanunsuz məskunlaşmış ermənilərin bir qismi hələ orada yaşamaqdadır. virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, vaxtilə Laçında qanunsuz məskunlaşmış 2 minə yaxın erməninin (onların bir qismi Suriya və Livandan köçürülmüşdü,-red.) təxminən 150-200 nəfəri müharibədən sonra geri qayıdıb.

Şəhərdən həftədə azı üç dəfə Rusiya sülhməramlılarının müşaiyəti ilə Azərbaycanın avtomobil karvanları keçir-texnika, yüklər, əsgərlər daşınır. Laçında qanunsuz məskunlaşmış və gələcəyə dair heç bir ümidləri qalmayan ermənilər isə həmin günləri “Azərbaycan günləri” adlandırır. “Ruslar xəbərdarlıq ediblər ki, həmin vaxtlar sakinlər küçəyə çıxmasınlar və azərbaycanlılarla ünsiyyət qurmasınlar”,-reportajda bildirilir.

“Ruslar xəbərdarlıq edir ki, həmin günlər orada yaşayan ermənilər küçəyə çıxmasın...”

Laçını tərk edib gedənlərin böyük əksəriyyəti heç bir perspektiv görmədiklərinə görə geri qayıtmaqdan imtina edib. Bir neçə il sonra nələr olacağını heç kim bilmir. Laçın rayonunun Ermənistanla sərhəd Zabux kəndi ərazisində erməni diasporunun vəsaiti hesabına vaxtilə salınmış kənddə də yaşayanlar var. Orada məktəb də fəaliyyət göstərir, məktəbdə cəmi 51 şagird oxuyur. Habelə hazırda Laçın-Şuşa yolunun Laçından Turşsuya qədər olan hissəsinə asfalt döşənir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi