azia.az
azia.az

Pis əxlaqın 4 növü

27-09-2021, 08:04


Pis əxlaqın növləri vardır ki, onlarla tanış olaq:
Pis əxlaqın 4 növü
1. Ailədə pis əxlaq. Pis əxlaqlı insanın öz hüzuru olmadığı kimi, başqalarının da hüzurunu qaçırdar və onlara əziyyət edər. Bu cür ailə tərəqqi edə bilməz. Belə ailələrdə həmişə iztirab hakim olar.

2. Peşədə pis əxlaq. Bu cür insanlar peşə rabitələrində pis əxlaq nümayiş etdirər və boyunlarına düşən vəzifələri yerinə yetirməzlər. Misal üçün, biri bank işçisidir və ancaq boynuna düşən vəzifədə məsuliyyətsizlik edər. Bir işi tez yerinə yetirə bildiyi halda, onu aylar sonra sona çatdırar. Bu əməl peşədə pis əxlaq hesab olunur.

3. Siyasi pis əxlaq. Əgər siyasi meydanda insanlar bir-birinə töhmət vurar və böhtanlar atarsa - bu, siyasi pis əxlaq hesab olunar. İnsanlara xidmət etmək yerinə, bir-birini əzməklə məşğul olarlar.

4. İctimai pis əxlaq. O kəs ki, cəmiyyətdə söz eşitmək qabiliyyətinə malik olmaz, ya əsası olmadan başqalarının sözünü rədd edərsə, başqa sözlə desək, başqalarının haqqını tapdalayarsa - bu, ictimai pis əxlaq hesab olunar. (Həvzəh)

Uca Allah bizləri pis əxlaqın bütün növlərindən qorusun!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi