azia.az
azia.az

“Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Zakir Fərəcovun adından istifadə edib dərsi 2000 manata satır - İDDİA

27-09-2021, 07:59


"“Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Zakir Fərəcovun adından istifadə edib dərsi 2000 manata satır". Bu barədə redaksiyamıza eyniadlı məktəbin bir qrup müəllimi müraciət edərək bildirib.
“Sumqayıt şəhəri Evdə Fərdi Təhsil Məktəbi”nin direktoru Zakir Fərəcovun adından istifadə edib dərsi 2000 manata satır - İDDİA
Müaciəti olduğu kimi təqdim edirik:

"Hər vaxtınız xeyir, hörmətli sayt rəhbərliyi!

Bildirmək istəyirik ki, Sumqayıt evdə fərdi təhsil məktəbinin müəllimləri olaraq biz daha boğaza yığılmışıq. 2-ci ildir ki, məktəbimizə Sevda Əliyeva adlı bir nəfəri direktor əvəzi göndəriblər. Məktəbə ayaq basdığı gündən ancaq pul yığır.

Sevda Əliyeva bizim məktəbə gələnə kimi500 manata 30 saat dərs alırdıq, bu lap ağ eləyib. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir, kimin pulu var veribdərsini alır. Bizimpulumuz yoxdur, deyir sizə dərs düşmür. Deyir «mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər, nazir kimdir mənə göstəriş verə?

Mənim arxamda icra başçısı Zakir Fərəcov və təhsil şöbəsinin müdiri Arzu Alızadə durub, nə edirəm onların tapşırıyla edirəm». Sərt karantin vaxtı bizi məcbur edib işə çıxardırdı, sms götürüb məktəbə gəlib 3-4 saat qorxa-qorxaoturub gedirdik ki, birdən polis tutub cərimə edər.

2 ildir ki, stres içində yaşayırıq. Özü həkim qızının tanışları vasitəsiylə vaksin vurdurmadansaxta covid-19 pasportu alıb, bizi hədələyir ki, sentyabrın 15-ə kimi hər iki vaksini vurdurmayan işə burtaxılmayacaq. Qanını yoxlasalar inanın vaksin vurdurmadığı aşkar olacaq.

Məktəbdə başqa bir neçə yaxın olan müəllimlərə də belə saxta pasport təşkil edib.Bu qadın əvvəl işlədiyi Sumqayıt 2 saylı orta məktəbdən də elə bu cür əməllərinə görə qovulub, yenə dərs çıxarmayıb, direktor imtahanından keçə bilməyən adamı bizərəhbər qoyublar, gələn gündən pul, pul deyir.

Diaqnostikdən 6 bal yığana dərs verir, 40 bal yığana vermir, deyir pul verməsən dərs yoxdur, mən yuxarı haqq verirəm, şəhərdə abadlıq işləri görülür, şəhərin şəhid və qazi ailələrinə yardım edirik. halbuki yalan deyir, Prezident ildə neçə dəfə Sumqayıtın abadlğına pul ayırır, şəhid və qazi ailələrinə də YAŞAT fondu qayğı göstərir. Sevda Əliyeva dərsləri satıb pulunu Arzu Alızadə ilə bölür.

Bizdən pul yığıb saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırır. Sonra da bizə deyir ki, hər sayta ayda 200 manat verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edibdeyib ki, «filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbikomissiyadan keçməyəcək».

Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidir, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyir.Bu cür yollarladərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıbpulunu özünə götürür. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmışıq və nə edəcəyimizi bilmirik. İş o yerə çatıb ki, məktəbin savadlı müəllimləri qıraqda qalıb başqa məktəblərin müəllimələrini çağırır ki gəlin pul verin dərs verim. Bazar günü məktəblər bağlıdır,

Sevda Əliyeva dərs bölgüsü eliyir, biz haqsızlığaetiraz edəndə də özünə nəsə edibqanını üstümüzə tökəcəyini deyir. Çox xahiş edirik, məktəbimizə elə öz kollektivimizdən Elnurə müəllimə direktor əvəzitəyin olunsun, məktəbin işini dəo aparırır, özü də ədalətli insandır. Biz Sevda Əliyevanı istəmirik.”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə 7NEWS.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi