azia.az
azia.az

Ərdoğan BƏYAN ETDİ: İğdırdan Azərbaycana yol çəkiləcək

23-09-2021, 22:57


Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycandan Türkiyəyə yol çəkilməzdi.
Ərdoğan BƏYAN ETDİ: İğdırdan Azərbaycana yol çəkiləcək
Xəbər verilir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib. “Putin dövlət xadimi kimi tam mənasında və qərarlı şəkildə keyfiyyətlərini nümayiş etdirdiyinə görə, müsbət şəkildə öz ərazimizə çıxmaq şansı əldə etdik. Hazırda Azərbaycanda gərgin fəaliyyətimiz davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik”, – Ərdoğan bildirib. Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək: “Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq”. Kanal.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi