azia.az
azia.az

Bayraqdardan etiraf: Bu, gizli layihə idi

16-09-2021, 09:04

Bayraqdardan etiraf: Bu, gizli layihə idi
“Bayraqdar TB2" gizli aparılan layihə idi.

Xəbər verilir ki, bu sözləri Türkiyənin "Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

O, Türkiyədə ilk PUA-ların 16 il öncə yaradıldığını bildirib:

“Təyyarə maketi idi. O zamanlar ümumiyyətlə dron yox idi. Dünyada bununla bağlı hələ araşdırma aparılırdı. 2003-cü ildən bəri bu sahədə işlərə başlamışdıq”.

Bayraqdar bildirib ki, bu kimi nəhəng layihələrdə siyasi və bürokratik iradə gərəkdir:

“Siyasi və bürokratlar fərqli nələrsə deyirlərsə, o zaman bu iş alınmaz. Gələcəyin prioritetləri üzərində çalışmalısınız. Yalnız bunlar deyil, eyni zamanda əxlaqi prinsiplərə də riayət edəcəksiniz”.Axar.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi