azia.az
azia.az

Yol polisi Bakıdakı matçla bağlı sürücülərə MÜRACİƏT ETDİ

15-09-2021, 17:33

Yol polisi Bakıdakı matçla bağlı sürücülərə MÜRACİƏT ETDİ
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi "Qarabağ"ın Bakıda İsveçrə "Bazel"inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

Azia.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Sentyabrın 16-dan Bakı Olimpiya Stadionunda "Qarabağ"ın "Bazel"ə qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununun keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionu istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı "ASAN Xidmət"in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə alsınlar. Sürücülərdən xahiş edirik ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər".

"Eyni zamanda pandemiya şəraitinin davam etdiyini nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərinə də əməl etmələri xahiş edilir. Sürücülərimizdən və vətəndaşlarımızdan xahiş edirik ki, metronun “Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”, - DYP-dən bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi