azia.az
azia.az

Məhkəmə qərarı olmadan polis hansı hallarda vətəndaşın mülkünə daxil ola bilər?

13-09-2021, 13:38

Məhkəmə qərarı olmadan polis hansı hallarda vətəndaşın mülkünə daxil ola bilər?
Polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız hakimin qərarı olduqda və digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə yol verilir.

E-huquq.az xəbər verir ki, məhkəmə qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı hallarda daxil ola bilər:

1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

5) cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.

Bu hallardan və əsaslardan biri olmadıqda mənzil toxunulmazlıq hüququnun digər mülahizələrlə məhdudlaşdırılması qadağandır.

Məhkəmə qərarı olmadan mənzilə daxil olunduqda bu barədə 48 saat müddətində məhkəməyə məlumat verilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi