azia.az
azia.az

Yuxudan oyanıb yenidən yatmaq ziyanlıdır?

13-09-2021, 08:32


Gecə yuxusunun bölünməməsi sağlam həyat tərzi üçün böyük önəm daşıyır.
Yuxudan oyanıb yenidən yatmaq ziyanlıdır?
Xəbər verilir ki, bunu Türkiyədən olan fizioloq, professor Levent Öztürk açıqlayıb. Onun sözlərinə görə, nizamlı yuxu sağlamlığa əhəmiyyətli təsir göstərir.

Professor deyib ki, standart bir yuxu vaxtı yoxdur, yuxu müddəti insandan-insana dəyişir. Aparılan araşdırmalar əksəriyyət üçün gündə 7-8 saatlıq yuxunun kifayət olduğunu göstərir.

Həkim qeyd edib ki, yuxu bioloji olaraq sağlamlıq üçün çox vacibdir. Araşdırmalara görə, insanların 8 faizi 5 saatdan az yatır, onlara qısa yatanlar deyilir: "Uzun yatanlar da var, 10 saatdan az yatanda bəzi problemləri olur. Onlar cəmiyyətin 2 faizini təşkil edir. Bu, genetik olaraq təyin olunmuş bir şey olduğundan, yuxu vaxtını öz əlimizlə dəyişmək, yaxşılaşdırmaq kimi bir şey yoxdur. Bioloji olaraq, nə qədər yuxu vaxtına ehtiyac varsa, o müddətdə yatmalıyıq".Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi