azia.az
azia.az

Ermənistan ordusunda səfərbərlik başladı - Müharibə hələ bitməyib

12-09-2021, 19:01


Ermənistan ordusunda geniş miqyaslı təlim-məşq toplanışların keçirilməsi davam edir. Birinci mərhələ 25 avqustda başlayıb və üç ay ərzində davam edəcək, ikinci mərhələ isə 15 sentyabrda başlayır.
Ermənistan ordusunda səfərbərlik başladı - Müharibə hələ bitməyib
KONKRET.az erməni mediasına istinadla bildirir ki, hərbi müşahidəçi Narek Nersisyanın sözlərinə görə, 15 il ərzində Ermənistanda bu miqyasda təlim-məşq toplanışları keçirilməyib, baxmayaraq ki, müdafiə haqqında qanuna əsasən, onların keçirilməsi şərtidir. Lakin müdafiə büdcəsində təlim-məşq toplanışları ilə bağlı ayrıca bir maddə yoxdur. Erməni hərbçiləri deyirlər ki, bir çoxları üçün hazırkı təlim düşərgəsinin miqyası təəccüblüdür.

“Ancaq deməliyəm ki, fövqəladə bir şey baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi və hətta elmi baxımdan müharibə yalnız tərəflərdən biri qalib gəldikdə bitir. Təbii ki, insan və ərazi itkilər vermişik (Nəyi nəzərdə tutur, aydın deyil, çün ki heç kim Ermənistanın ərazi bütövlüyünü pozmayıb – red.), amma müharibə bitməyib. Bu baxımdan, bu cür addımlar heç kəsi qorxutmamalı və təəccübləndirməməlidir ”, – Nersisyan “Sputnik-Ermənistan”-a bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi