azia.az
azia.az

Bakıdan uçan təyyarə İrəvana eniş etdi - Göyərtədə kimlər var?

7-09-2021, 23:09

Azərbaycan iki hərbi əsiri Ermənistana təhvil verir.

Bakıdan uçan təyyarə İrəvana eniş etdi - Göyərtədə kimlər var?
“Yeni Gündəm” xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, Bakıdan uçan təyyarə İrəvana eniş edib.

Rüstəm Muradovun müşayiəti ilə iki hərbi əsir – Artur Nalbandyan və Armais Torozyan azərbaycanlı hərbçi Cəmil Babayevlə dəyişdirilir.

Qeyd edək ki, Avqustun 25-i Cəmil Babayev sülhməramlıların nəzarətində olan Ağdərə rayonuna keçib. Hüquq mühafizəçiləri onu saxlayıblar.

Bundan sonra Azərbaycan tərəfi Cəmil Babayevin Gəncədəki (Ağdərədən təqribən 140 km aralıda – red.) psixiatrik xəstəxanadan qaçaraq sülhməramlıların xidmət etdiyi əraziyə keçdiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi