azia.az
azia.az

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

5-09-2021, 13:57

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Azia.az-a verilən məlumata görə, sentyabrın 06-sı axşamdan 08-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 07-si axşam, 08-i gecə yarımadanın bəzi yerlərində arabir 27 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 06-sı axşamdan 08-i gündüzədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Lənkəran-Astara zonasında isə güclü olacağı ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi istisna olunmur. Qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi