azia.az
azia.az

13 yaşlı qız ərə getmək istəmədi, atası üstünə yanacaq töküb yandırdı - VİDEO

5-09-2021, 09:33


Şanlıurfada baş verən hadisə vəhşiliyi ilə hər kəsi şoka salıb. Fələstin əsilli suriyalı 13 yaşlı Amara Dalanı atası və bacısı üzərinə boya maddəsi tökərək yandırıb.
13 yaşlı qız ərə getmək istəmədi, atası üstünə yanacaq töküb yandırdı - VİDEO
Xəbər verilir ki, qız bədəninin çox hissəsinin yandırılması nəticəsində həyatını itirib. Son nəfəsində atası və bacısının adını çəkib. Məlumata görə, ata Ahmet 4 ay əvvəl qızları ilə birlikdə bura köçüb. İnşaatda çalışan ata qızını ərə vermək istəyib. Qızının buna etirazına əsəbiləşən ata Amaranı döyərək vanna otağında üstünə yanar maye töküb və od vurub. Ata səsin eşidilməməsi üçün musiqi də qoşub.

Qonşular fəryad səsini eşidib qapını sındırdıqdan sonra qızı çıxarıblar. Qonşu Yaşar Kerpiç "qapının çölündən onunla danışmağa çalışdım. Mənə dedi: "Yandım, qapını aç qardaş "dedi". Qız bizə əvvəlcə çubuqla, sonra hamamda döyüldüyünü söylədi. Qız evliliyi qəbul etmədiyini dedi". Polis ata və qızı həbs edib.

Kamran Seyidov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi