azia.az
azia.az

Gömrük məmuru 100 min dollarlıq maşınını satışa çıxardı - FOTOLAR

3-09-2021, 12:51

Gömrük məmuru 100 min dollarlıq maşınını satışa çıxardı - FOTOLAR
Azərbaycanın yüksək vəzifəli dövlət məmuru bahalı avtomobilini satışa çıxarıb. O bununla bağlı avtomobil satışı saytlarında elan yerləşdirib. Satışla bağlı elandan məlum olur ki, avtomobilin sahibi Xəqani Məmmədov adlı şəxsdir.

Azia.az bildirir ki, X.Məmmədov Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışır.

Gömrük məmuru 100 min dollarlıq maşınını satışa çıxardı - FOTOLAR
Onun satışa çıxardığı avtomobil "Ford” korporasiyası tərəfindən 2000-ci ildə xüsusi sifarişlə yığılıb və lüks seqmentinə aiddir. "Lincoln Town Car” model avtomobilin dəyəri 100 min dollardır (170 min manat).

Elanda qeyd edilir ki, avtomobil 20 il əvvəl alınsa, da çox sürülməyib.

Qeyd edək ki, bahalı avtomobilini satışa çıxaran məmur Azərbaycanın tanınmış müğənnisinin övladıdır.

Gömrük məmuru 100 min dollarlıq maşınını satışa çıxardı - FOTOLAR
Gömrük məmuru 100 min dollarlıq maşınını satışa çıxardı - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi